Nigeriyada naməlum təcavüzkarlar 20 fermer və icma nəzarəti bölməsinin bir üzvü də daxil olmaqla 20-dən çox insanı öldürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Daily Trust" qəzeti məlumat yayıb.
Yerli sakin nəşrə bildirib ki, qətllər bir neçə gün əvvəl Yarqoca, Kvakvara, Danmark, Gidan Dava, Burduqau və Mərmərə şəhərlərində baş verib. Cinayətlərin bəziləri cəbhəyanı əyalətlərdən biri sayılan Kankara yerli hökumət binası yaxınlığında törədilib.
Silahlı şəxslərin naməlum sayda yerli sakinləri qaçırdığı, heyvanları oğurladığı da bildirilir. Məlumatı polis rəisi Abubakar Sadiq Alia təsdiqləyib. Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib, xəsarət alanlar xəstəxanalara çatdırılıb.
Sonuncu dəfə aprel ayında Nigeriyada dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi baş verib. Sonra müsəlman çobanlarla xristian fermerlər arasında yenidən toqquşmalarda 56 nəfər həlak olub.
Aydın
Şərhlər