Xəbər lenti

Qırğız deputat
Dünya 16:30 19.06.2025

Qırğız deputat "Qırğızıstan" adından imtina etməyi təklif edib

Qırğızıstanın Joqorku Keneşinin (parlamentin yuxarı palatası) deputatı Arslanbek Maliyev BMT-də ölkə adı çəkilərkən "Qırğızıstan" əvəzinə "Qırğız Respublikası" ifadəsinin işlədilməsini təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Deputat ölkənin rəsmi adının beynəlxalq tədbirlərdə istifadə edilməsinin daha uyğun olduğunu bildirib, lakin bu təşəbbüsün səbəbləri barədə ətraflı məlumat verməyib.

Maliyev qeyd edib ki, bu fikrini prezident Sadır Japarova çatdırıb və dövlət başçısı onun mövqeyinə müsbət yanaşıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->