Xəbər lenti

Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçdu (YENİLƏNİB)
Dünya 16:51 07.05.2025

Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçdu (YENİLƏNİB)

Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçub.

"Report"un məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verir.

 16:32

Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.

"Report" xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Vuçiçin təyyarəsi  Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.

Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->