Ukraynaya təcili və hərtərəfli atəşkəs lazımdır ki, ukraynalıların həyatı xilas edilsin. Məhz bu məqsədlə Ukrayna Prezidenti Volodimir Zelenski ona qarşı müharibənin təşəbbüskarı Vladimir Putinlə şəxsi görüş keçirməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kiril Budanov "RBK-Ukrayna”ya açıqlamasında
bildirib.
QUR rəhbəri əmindir ki, Prezident Volodimir Zelenskinin Rusiya rəhbəri Vladimir Putinlə dərhal görüşməyə hazır olması tamamilə düzgün mövqedir.
Budanova görə, Zelenski bununla səmimi şəkildə müharibəni bitirmək istəyini və buna hazır olduğunu göstərir:
"Bizə dərhal və hərtərəfli atəşkəs lazımdır – ilk növbədə öz vətəndaşlarımızın həyatını qorumaq üçün. Mən əminəm ki, Volodimir Zelenski bu görüşə hərtərəfli şəkildə hazırdır və tərəfdaşlarımızla əməkdaşlıq sayəsində istədiyimiz nəticəni əldə edə bilərik”, – deyə Budanov bildirib.
13 mayda Zelenski bəyan edib ki, 15 mayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Ankarada Putinin gəlməsini gözləyəcəklər. Əgər Putin İstanbula getmək qərarına gəlsə, Zelenski və Ərdoğan da dərhal ora yollanmağa hazırdırlar. Zelenski əmindir ki, atəşkəs yalnız Putinlə birbaşa razılaşma yolu ilə mümkündür.
Bununla belə, Zelenski Putinin nə müharibəni bitirmək, nə atəşkəs, nə də danışıqlar istədiyinə əmindir. Ukrayna Prezidentinə görə, Putin onunla birbaşa danışıqlardan çəkinir və qorxur.
Alpər
Şərhlər