Xəbər lenti

Ağıllı insanlar hansı içkini seçir? - Alkoqollu içkilərə görə xarakter testi
Maqazin 19:45 19.06.2025

Ağıllı insanlar hansı içkini seçir? - Alkoqollu içkilərə görə xarakter testi

Bu vizual psixoloji test sizə daxili aləminizə qısa yolla nəzər salmağa kömək edir. Sadəcə altı içkidən birini seçin – hansını içmək istərdiniz – və seçiminizin sizin haqqınızda nə dediyini oxuyun. Bir çoxları düşünür ki, spirtli içki seçimi insanı xarakterizə etmir. Amma əslində bu seçim altşüur səviyyəsində bizim daxili xüsusiyyətlərimizlə bağlıdır.

Qaynarinfo həmin içki seçimi testini təqdim edir.

Pivə

Siz sadə arzuları olan, yoldaşcanlı və qeyri-ambisiyalı birisiniz. Emosional insansınız: tez sevinir, tez də kədərlənirsiniz. Gerçək olmayan xəyallara görə peşmançılıq çəkmirsiniz, kiçik şeylərdən zövq alırsınız. Başqalarının fikri sizi o qədər də narahat etmir. Əgər ənənəvi pivəyə üstünlük verirsinizsə – həyatda daha rahat davranırsınız. Kraf pivəyə üstünlük verirsinizsə – təşəbbüskar və yaradıcı bir insansınız.

Şərab

Siz ünsiyyətcil, danışqan və yeniliyə açıq insansınız. Yeni insanlarla tanış olmağı, söhbət etməyi, hətta dedi-qodunu da sevirsiniz. Canlı təəssüratlar sizin üçün maddi dəyərlərdən daha önəmlidir. Səyahəti, oxumağı və mədəni tədbirləri sevirsiniz. Zərifliyiniz və geniş dünyagörüşünüz sayəsində hər mövzuda söhbət apara bilirsiniz.

Viski

Viski sevənlər özünə güvənən, yetkin və müstəqil insanlardır. Nə istədiklərini və ona necə nail olacaqlarını dəqiq bilirlər. Yaşlarından daha ağıllı görünürlər – bu xüsusiyyəti başqaları da tez-tez qeyd edir. Ancaq bu biliyi nümayiş etdirmirlər. Təkliyə dəyər verirlər, əgər ünsiyyət qururlarsa, yalnız özlərinə bərabər insanlarla qururlar.

Araq 

Bu sərt içkini seçənlər tarazlı və məsuliyyətli insanlardır. Onlar komfortlu və sabit həyat tərzinə can atır, riskə girmək istəmirlər. Münaqişələrdən qaçmağa çalışırlar. Çalışqan və təşkilatçıdırlar, real və ölçülə bilən məqsədlər qoyurlar. Məqsədə çatmaqda israrlıdırlar, amma heç vaxt qeyri-etik yollar seçmirlər.

Rom

Siz enerjili, macərapərəst və azadlığa meyilli birisiniz. Həyatınızda daim maraqlı hadisələr baş verir. Rutindən bezirsiniz və dəyişiklikləri sevirsiniz. Cazibədar və hissiyyatlısınız, lakin marağınız itəndə münasibətə laqeyd yanaşmağa başlayırsınız. Çoxsaylı hobbiləriniz və danışmağa dəyər hekayələriniz var.

Şampan

Bu zərif içkini seçənlər yaradıcı və kövrək qəlbli insanlardır. Düşüncə dərinliyiniz və qeyri-adi baxış bucağınız sizi digərlərindən fərqləndirir. Hissiyatlı və empatik insanlarsınız, yaxınlarınıza yardım etmək üçün tez-tez öz maraqlarınızdan keçirsiniz. Ədalət hissiniz çox güclüdür.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->