Xəbər lenti

Prokurorun adı ilə həyata keçirilən 42 000 manatlıq dələduzluq cinayəti
Ölkə 19:09 19.06.2025

Prokurorun adı ilə həyata keçirilən 42 000 manatlıq dələduzluq cinayəti

9 il müddətinə azadlıqdan məhrum edilmiş şəxsi apellyasiya instansiyası vasitəsilə azadlığa buraxdıracağını deyərək 42 000 manatlıq dələduzluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Mirmehdi adlı şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarınada qeyd edilir ki, təqsirləndirilən şəxs dostunun prokuror olduğunu deyərək guya onun vasitəsilə problemi həll edəcəyini bildirib. Zərərçəkən ifadəsində bildirib ki, əvvəlcə Mirmehdiyə 20 000 manat verib. Təqsirləndirilən şəxs bu pulun guya hakimə çatacağını deyib. 

Bir neçə gün sonra isə o, zərərçəkənə zəng vuraraq prokurorla Şəkiyə gələcəklərini, prokurora benzin və otel pulu lazım olduğunu bildirərərk bu dəfə də 17 000 manat pul alıb. Zərərçəkənin sözlərinə görə, Mirmehdiyə üst-üstə 42 000 manat pul verib. 

Mimehdi məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->