Xəbər lenti

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?
Ölkə 16:32 15.05.2025

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır.

Valyuta.az xəbər verir ki, bu barədə Trendin sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, qaydaya əsasən orta və kiçik tibb heyətinin əməkhaqlarına aşağıdakılar daxildir:

- tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;

- aylıq sabit həvəsləndirici əlavə;

- əmək şəraitinə görə ödənilən əlavələr;

- qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

Məlumatda bildirilib ki, icbari tibbi sığortadan əvvəl orta və kiçik tibb heyətinin median əməkhaqqı 320 və 270 manat idisə, hazırda qaydaya əsasən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan orta və kiçik tibb heyətinin əməkhaqqısı müvafiq olaraq 601 və 467 manat təşkil edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->