Bank of Baku-da yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Günel Əbdürrəhmanova bankın marketinq şöbəsinin rəhbəri təyin edilib.
G.Əbdürrəhmanova bankda fəaliyyətinə 2017-ci ildə Baş Rəqəmsal Marketinq Mütəxəssisi kimi başlayıb, bundan öncə isə o, banco.az iqtisadi informasiya portalında kontent menecer, redaktor kimi çalışıb.
Qeyd edək ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.
Şərhlər