"Artıq şəhid qardaşımın məzarından xəbərdarıq”.
"Report”un Qərb bürosunun məlumatına görə, bunu Birinci Qarabağ döyüşlərində şəhid olan Fuad Ələsgərovun qardaşı Eldar Ələsgərov bildirib.
O, illər sonra qardaşının ata yurdunda dəfn olunmasından təsəlli tapdıqlarını qeyd edib.
"Şükürlər olsun ki, 32 il sonra qardaşının məlum məzarı var. Biz onun Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyünü, sonradan isə şəhid olduğunu bilirdik. Amma harada dəfn olunduğundan xəbərsiz olmuşuq. Şükürlər olsun ki, indi qardaşımın öz ata yurdunda bizlərə məlum olan bir məzarı var. Bu işdə əməyi keçən hər kəsə xüsusi minnətdarlığımı bildirirəm. Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət etsin”
Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb. Onun nəşinin qalıqları isə Xocavənd rayonunda aşkarlanıb. F. Ələsgərov Ağbaşlı kənd qəbiristanlığında dəfn olunub.
Şərhlər