Xəbər lenti

Həkim müayinəsindən keçən qadın genetik olaraq kişi olduğunu öyrəndi
Dünya 23:58 20.06.2025

Həkim müayinəsindən keçən qadın genetik olaraq kişi olduğunu öyrəndi

ABŞ-da yaşayan 27 yaşlı Siera Arena həkimə müraciət etdikdən sonra genetik olaraq kişi olduğunu öyrənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Siera uşaqlıqdan bəri özünü qız hesab edib və bu barədə heç bir şübhəsi olmayıb. Lakin müəyyən yaş dövründən sonra onda menstruasiya olmaması və menopoz dövrünə xas əlamətlərin - istidəyişmələr və kəskin əhval dəyişikliyinin - müşahidə olunması diqqətini çəkib.

"Tez-tez istidəyişmələr və əhvalımda kəskin dəyişikliklər olurdu ki, bu da qəribə idi", deyə o, nəşrə bildirib.

Həkim müayinəsi zamanı məlum olub ki, Sieranın uşaqlıq və yumurtalıqları normal inkişaf etməyib və onun orqanizmi qadınlar üçün xarakterik olan hormonları lazımi səviyyədə istehsal etmir. Ətraflı genetik analizlər nəticəsində müəyyən edilib ki, onun DNT-sində kişi cinsinə aid olan xromosom dəsti mövcuddur. Bu səbəbdən də onun bioloji olaraq ana olmaq imkanı yoxdur.

Siera qeyd edir ki, bu barədə yalnız ciddi münasibət qurduqdan sonra və söhbət övlad məsələsinə gəldikdə danışır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->