Musiqili teatrda mərhum aktyor Arif Quliyevin 75 illik yubileyi keçirləcək.
Bu barədə aktyorun oğlu Rövşən Quliyev Qaynarinfo-ya açıqlamasında deyib.
"Bizə belə bir məlumat veriblər, amma tədbirin nə vaxt keçiriləcəyi ilə bağlı məlumatsızıq. Ümid edirik ki, belə bir sənətkarın yubileyi diqqətdənkənar qalmaz”, - o bildirib.
Rövşən Quliyev hər il Arif Quliyevin doğum və ölüm günlərinin qeyd edildiyini xatırladıb:
"Atamın ad və ölüm günündə qəbirini ziyarət edirik. Axşam isə evdə ehsan veririk, gələnlərimiz çox olur. Atanın dostları bizi həmişə yad edir. Kimi zənd edir, kimi də evə gəlir. Sağ olsunlar, hər birinə təşəkkür edirəm”.
Rövşən Quliyev ailədə Arif Quliyevin davamçısı olmadığını vurğulayıb:
"Mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Aktyor olmasam da rejissor, inzibatçı kimi işləyirəm”.
Xatırladaq ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə koronavirus infeksiyasına yoluxub. Müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sənətkar Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Bahar Rüstəmli
Şərhlər