Xəbər lenti

Nazir Məcnun Məmmədov koronavirusa yoluxdu
Ölkə 22:12 13.05.2025

Nazir Məcnun Məmmədov koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.

"Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, - qurumdan bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->