Xəbər lenti

Niyə bütün qədim heyvanlar fosilə çevrilmir?
Dünya 23:10 13.05.2025

Niyə bütün qədim heyvanlar fosilə çevrilmir?

Lozanna Universitetindən olan alimlər müəyyən ediblər ki, orqanizmində zülal miqdarı daha yüksək olan heyvanlar daşlaşma (fosil) şəklində qorunub qalmağa daha çox meyllidirlər. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc edilib.

Min illər boyu sümük və qabıqlar yaxşı vəziyyətdə qorunub qala bilsə də, əzələ və ya beyin kimi yumşaq toxumalar çöküntü və süxurlarda çox nadir hallarda aşkar olunur. Nə üçün bəzi canlılar daşlaşmaya çevrilir, digərləri isə izsiz yoxa çıxır – bu sualın cavabını tapmaq üçün tədqiqatçılar krevet, ilbiz, dəniz ulduzu və planariya (suda yaşayan qurd) kimi canlılar üzərində eksperimentlər aparıblar.

Alimlər dağılma prosesi zamanı mikroqurğular vasitəsilə ətraf mühitdəki kimyəvi şəraiti, xüsusilə oksigen səviyyəsini ölçüblər. Məlum olub ki, orqanizmində yüksək zülal olan iri canlılar ətrafda oksigenin az olduğu – reduktiv mühit yaradırlar və bu da daşlaşma prosesinə şərait yaradır. Belə şərait parçalanmanı ləngidir və toxumaların minerallarla əvəzlənməsinə səbəb olan kimyəvi reaksiyaları başladır.

Bu nəticələr Kembri və Ordovik dövrlərinə (təxminən 500 milyon il əvvəl) aid fosil qatlarında niyə xüsusilə çox buğumayaqlılara rast gəlindiyini izah edir. Bu canlıların bədəni lipoidlər, zülallar və azot tərkibli orqanik maddə olan xitin daxil olmaqla sıx xitinli kutikula ilə örtülüdür. Hörümçəkkimilər və həşəratlarda xitin əlavə olaraq bərkimiş zülallarla zənginləşdirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->