Xəbər lenti

Rusiya Türkiyəyə “butafor” nümayəndə heyəti göndərib – Zelenski Ankarada (VİDEO)
Dünya 14:21 15.05.2025

Rusiya Türkiyəyə “butafor” nümayəndə heyəti göndərib – Zelenski Ankarada (VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfər edib. O bildirib ki, hələlik Rusiya nümayəndə heyətinin səviyyəsi ona rəsmi şəkildə məlum deyil, lakin müşahidələrə əsasən, bu heyət "butafor xarakterlidir".

Qaynarinfo xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Ukrayna tərəfindən Türkiyəyə ən yüksək səviyyəli nümayəndə heyəti gəlib. Heyətə Prezident Aparatının yüksək vəzifəli rəsmiləri, Xarici İşlər Nazirliyi və Ukraynanın bütün kəşfiyyat strukturlarının nümayəndələri daxildir:

"Bu, gözlənilən ədalətli sülhə gətirib çıxara biləcək istənilən qərarları qəbul etmək üçün lazımdır".

Zelenskinin sözlərinə görə, ukraynalı nümayəndələr əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və geniş tərkibli Türkiyə nümayəndə heyəti ilə görüşəcək:

"Biz ABŞ tərəfi ilə də təmasdayıq. Düşünürəm ki, onlar da Türkiyədə yüksək səviyyədə təmsil olunacaqlar. Gözləyək. Amma rus nümayəndələrinin səviyyəsi mənə hələ rəsmi şəkildə məlum deyil. Lakin gördüklərimizdən belə çıxır ki, bu daha çox butafor bir heyətdir. Ərdoğanla söhbətdən sonra hansı addımları atacağımız barədə düşünəcəyik. Fikrimcə, vacib danışıq və çox mühüm qərarlar üçün bir neçə saatımız olacaq", – deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, Rusiya nümayəndə heyətinin hansı səviyyədə olduğu və hansı səlahiyyətə malik olduğu aydınlaşdırılmalıdır:

"Onlar ümumiyyətlə, hansısa qərar qəbul edə bilərlərmi? Axı hamımıza məlumdur ki, Rusiyada qərarları kim qəbul edir", – deyə Zelenski qeyd edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->