Xəbər lenti

Tarixin ən zəngin boksçusu müflis oldu
İdman 16:10 13.05.2025

Tarixin ən zəngin boksçusu müflis oldu

Tarixin ən zəngin boksçusu Floyd Meyvezer tamamilə müflis olub. 

Qaynarinfo xəbər verir ki, boksçu ilə bağlı şok xəbəri məşhur amerikalı jurnalist Stiven A. Smit yayıb.

Jurnalistin sözlərinə görə, Meyvezer bu yaxınlarda Nyu-Yorkda daşınmaz əmlaka 402 milyon dollar sərmayə qoyub, lakin bu, fırıldaqçılıq sxemi olub.

Meyvezer bütün zamanların ən zəngin boksçusu hesab olunur. Məşhur "Sportico" resursunun son məlumatlarına görə, Floydun sərvəti hazırda 1,15 milyard dollardır.

Xatırladaq ki, "GiveMeSport" portalının məlumatına görə (2025-ci ilin əvvəlinə) Floyd Meyvezerin ümumi qazancı 400 milyon dollar olaraq qiymətləndirilir. İkinci yerdə Corc Forman, üçüncü yerdə isə sərvəti 250 milyon dollar qiymətləndirilən meksikalı boksçu Saul Alveres qərarlaşıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->