Xəbər lenti

Trampın 45 milyonluq ad günü: Vaşinqtonda 25
Dünya 12:00 15.05.2025

Trampın 45 milyonluq ad günü: Vaşinqtonda 25 "Abrams" tankı hərəkət edəcək

ABŞ prezidenti Donald Trampın ad günü və ABŞ ordusunun 250 illiyi münasibətilə Vaşinqton şəhərində 25 ədəd "Abrams” tankı nümayiş etdiriləcək. Tədbirin ümumi xərci 25–45 milyon dollar arasında olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” amerikalı rəsmilərə istinadla yazır.

Agentlik qeyd edir ki, ABŞ-ın silahlı qüvvələrinin müxtəlif qolları öz tarixləri və yubileyləri ilə fəxr edir və bu tədbirlər "doğum günü” kimi ölkə daxilində və xarici hərbi bazalarda qeyd olunur.

ABŞ ordusu artıq uzun müddətdir ki, 14 iyun tarixində, yəni ordunun yaradılmasının ildönümündə, Vaşinqtonun Milli xiyabanında hərbi texnika və qüvvələrin nümayişini planlaşdırırdı. İndi bu tədbirə hərbi parad da əlavə olunub, çünki həmin gün həm də prezident Trampın 79 illik yubileyidir.

İki amerikalı məmur "Reuters”ə anonimlik şərti ilə bildirib ki, tədbirin yekun xərcləri 45 milyon dollara çata bilər. Onlardan biri qeyd edib ki, bu məbləğ paradsız tədbirlə müqayisədə bir neçə milyon dollar artıqdır.

Rəsmilərdən biri bildirib ki, ordu tədbirdə iştirak etmək üçün təxminən 20-yə yaxın "M1 Abrams” tankı göndərməyi planlaşdırır.

Hazırkı hesablamalar Vaşinqton şəhərinin üzərinə düşən xərcləri – məsələn, zibilin təmizlənməsi və ağır tankların yollarda yaratdığı zədələrin təmiri kimi – əhatə etmir.

Əvvəlki məlumatlara görə, tədbir çərçivəsində paytaxta 6500-dən çox hərbçinin, təxminən 150 hərbi nəqliyyat vasitəsinin və 50 təyyarənin gətirilməsi planlaşdırılır.

Tənqidçilər bu paradı avtoritar güc nümayişi və israfçılıq adlandıraraq, Trampın federal hökumət üzrə xərcləri azaltdığı bir zamanda belə tədbirlərə vəsait ayrılmasını tənqid edirlər.

Əvvəllər verilən xəbərlərdə deyilirdi ki, ABŞ prezidenti Donald Tramp 14 iyun tarixində – öz ad günündə – ABŞ ordusunun 250 illiyi münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->