Xəbər lenti

Alimlər ölümcül xəstə olan körpənin DNT-sini redaktə edərək onu xilas etdi
Sağlamlıq 21:12 16.05.2025

Alimlər ölümcül xəstə olan körpənin DNT-sini redaktə edərək onu xilas etdi

Həkimlər və alimlərdən ibarət komanda ilk dəfə nadir genetik xəstəlikli körpənin müalicəsi üçün fərdiləşdirilmiş gen redaktəsi tətbiq ediblər.

Qaynarinfo "Engadget"ə istinadən xəbər verir ki, bu inqilabi metod insan DNT-sində dəqiq dəyişikliklər aparmağa imkan verən CRISPR texnologiyasına əsaslanır. Müalicənin nəticələri "The New England Journal of Medicine" jurnalında dərc olunub.

Key Cey adlı körpə CPS1 fermenti çatışmazlığı ilə doğulub. Bu, son dərəcə nadir genetik pozuntudur və orqanizmin ammonyakı düzgün emal etməsinə mane olur. Xəstəlik beyin zədələnmələri, inkişaf ləngiməsi və hətta qaraciyər transplantasiyasına ehtiyacla nəticələnə bilər. Statistikaya görə, bu diaqnozla doğulan uşaqların təxminən 50 faizi ilk bir həftədə həyatını itirir.

Həkimlər körpəyə kömək etmək üçün CRISPR-ə əsaslanan fərdi terapiya hazırlayıblar. Bu üsul DNT-dəki mutasiyaları dəqiqliklə düzəltməyə və beləliklə, xəstəliyin səbəbini aradan qaldırmağa imkan verir. Bu cür müalicə metodikasının yaradılması uzun illər araşdırma və bir çox alimin, o cümlədən CRISPR texnologiyasının ixtirası və insan genomunun deşifrə olunması üzrə çalışan mütəxəssislərin işinin nəticəsidir.

Mütəxəssislər hesab edirlər ki, bu yanaşma gələcəkdə oraqvari hüceyrəli anemiya, kistoz fibroz, Hantinqton xəstəliyi və əzələ distrofiyası kimi digər genetik xəstəliklərin də müalicəsində tətbiq oluna bilər. CRISPR-ə əsaslanan bəzi preparatlar artıq müəyyən xəstəliklərin müalicəsi üçün ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib. Lakin alimlərin bu sahədə hələ çox şey öyrənməsi zəruridir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->