Xəbər lenti

Ərdoğan Azərbaycanla bağlı üç sazişi təsdiqlədi
Siyasət 11:46 17.05.2025

Ərdoğan Azərbaycanla bağlı üç sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib.

Bu barədə "Rəsmi qəzet"də məlumat dərc olunub.

Bildirilib ki, sözgedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır.

Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara şəhərlərində imzalanmış əməkdaşlıq haqqında sazişlərə əsaslanır.//Report.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->