Xəbər lenti

Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırdı
Dünya 09:07 17.05.2025

Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırdı

KXDR lideri Kim Çen In Hərbi Hava Qüvvələri eskadrilyalarının döyüş təlimlərinə rəhbərlik etdiyi Koreya Xalq Ordusunun 1-ci Qvardiya Hərbi Hava Qüvvələri diviziyasının aviasiya alayına baş çəkib.

"Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, təlimlərdə hava eskadrilyaları, zenit-raket bölmələri, radar və elektron döyüş bölmələrinin hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşq edilib.

Təlimlərdə qanadlı raketlərin və kamikadze pilotsuz uçuş aparatlarının izlənməsi və məhv edilməsi, hücum PUA-larının elektron vasitələrlə zərərsizləşdirilməsi və məhv olunması məşq edilib. Həmçinin təlimlər zamanı yeni uzaqmənzilli və idarə olunan bombanın sınaqları keçirilib.

KXDR lideri vurğulayıb ki, ordunun bütün hissələri müharibəyə hazırlaşmaqda köklü dəyişiklik etməlidir, daim müharibəyə girməyə hazır olmalıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->