Xəbər lenti

Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi -
Ekonomiks 11:14 15.05.2025

Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?

Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisini aparacaq şirkətin adı açıqlanıb.

Teleqraf xəbər verir ki, 36.536.755,81 manat dəyərindəki layihəni "SMTS” MMC reallaşdıracaq.

Tikinti üzrə işlərin 2026-ci ilin iyun ayının 30-na qədər sonlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin elan etdiyi tenderin ilkin qiyməti 42.881.950,42 AZN olub.

Onu da bilidrək ki, "SMTS” MMC "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Bu layihədə işlərin dəyəri 36.586.240,32 AZN-dir. İşlərin növəti ilin iyununa qədər tamamlanması nəzərdə tutulur.

İl başlayandan "SMTS" MMC ümumilikdə üç böyük tenderin qalibi olub. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işlərinin satın alınması üzrə müsabiqənin qalibi də bu şirkətdir. Sifarışin qiyməti 4.305.773,71 AZN-dir.

Xatırladaq ki, 2024-cü ildə eyni servis xidmətini şirkət Dövlət Xidmətinə 3.777.997,33 manata icra edib.

Eləcə də "AzİnTeleCom" MMC ilə hökumət buludu layihəsi çərçivəsində tikinti işləri üçün hazırlıq işlərinin satın alınması üzrə keçirilən müsabiqəyə görə, şirkət 6 milyon 348 min 960 manatlıq müqavilə bağlayıb.

"SMTS” MMC 2013-cü ildə "Əmlak Məsələləri Dövlət Komitəsi”nin 33 mərtəbəli İnzibati Binasının (Property Tower) inşaası ilə bağlı elan etdiyi tenderin də qalibi olub.

MMC 2007-ci ildə qeydiyyatdan keçib. Qanunu təmsilçisi Ağalar Allahyarovdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun dövlət reyestrinə daxil edilən məlumatlarında 2025-cü ilin fevral ayının 17-nə qədər şirkətin nizamnamə kapitalının 10 manat olduğu göstərilib. 2025-ci ilin mart ayının 3-dən isə MMC-nin nizamnanı kapitalı 612435 manat təşkil edib.

"SMTS" MMC Cənubi Qafqazın ən hündür göydələni hesab edilən 50 mərtəbəli "Baku Tower” İş mərkəzini, Qalaaltı Otel&SPA İstirahət və Müalicə Kompleksini, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi binasının tikintisini icra edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->