Xəbər lenti

Mütəllim Rəhimli Ədalət Partiyasının sədri seçildi (YENİLƏNİB)
Siyasət 16:10 17.05.2025

Mütəllim Rəhimli Ədalət Partiyasının sədri seçildi (YENİLƏNİB)

Mayın 17-də Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayı keçirilib.

Qaynarinfo xəbər verir ki, qurultayda seçkili orqanların hesabatları dinlənilib, partiyasının yeni sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin üzvlərinin 1/3-i seçilib.

Qurultayın qərarı ilə bundan sonra partiyaya Mütəllim Rəhimli rəhbərlik edəcək.

Həmçinin partiyanın 56 rayon təşkilatının 54-nün qurultaya nümayəndələri seçilib və protokoldan çıxarışları təqdim olunub.

Qeyd edək ki, bu, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra ilk qurultayıdır.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb. Nəticədə Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.

13.10
 
Bu gün Ədalət Partiyasının IX qurultayı keçirilir. 

Partiyanın təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qurultayda 56 rayon təşkilatından 54 nümayəndə iştirak edəcək:

"Sədrin seçilməsi qurultay iştirakçılarının iradəsi ilə bağlı məsələdir. Qərarı onlar verəcək. Ədalət Partiyasının üzvləri uzun müddətdir ki, siyasi fəaliyyətin içindədir. Özləri də dinamik siyasi fəaliyyətdədirlər. Proseslərdə çox fəal iştirak edirlər. Onların doğru qərar verəcəyinə inanıram".

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->