Xəbər lenti

Tramp ilə Ağ Evdə gərgin dialoqdan sonra Zelenski xanımına nə deyib? (VİDEO)
Video 13:25 16.05.2025

Tramp ilə Ağ Evdə gərgin dialoqdan sonra Zelenski xanımına nə deyib? (VİDEO)

Ukraynanın birinci xanımı Yelena Zelenskaya, 15 mayda Ukraynalı aparıcı Mariçka Padalkonun YouTube kanalında yayımlanan müsahibəsində 28 fevralda Ağ Evin Oval kabinetində baş verən gərgin söhbət barədə danışıb. 

Qaynarinfo xəbər verir ki, Padalko ondan soruşub:

"Oval kabinet – siz görüşü harada izlədiniz?”

Zelenskaya cavab verib:

"Evimizdə. Və bu arada, mənə bir az düşərli oldu – çünki onu birbaşa efirdə yox, artıq ‘1+1’ kanalında gedən şərhlərlə birlikdə izləmişdim. Canlı efiri izləməmişdim, nəyləsə məşğul idim. Düşünürəm, bu mənim üçün yaxşı oldu, çünki o qədər gərginlik yaşanmışdı ki, buna baxmaq çətin olardı. Sonra tez baxdım, nə baş verdiyini öyrəndim. Mənə maraqlı idi, başqaları bu barədə nə düşünür. Və məni sevindirdi ki, çoxları mənim kimi düşünürdü”.

Birinci xanım bildirib ki, həmin an ərinə qarşı həmrəylik və dəstək hissi keçirib:

"Çünki belə bir vəziyyəti keçmək çox çətindir. Onun xarakterini bilə-bilə başa düşürdüm ki, o özünü necə saxlayır. Bu, çox cəsarətli idi. O, hər şeyə dözdü”.
 
Zelenskaya əlavə edib ki, bu hadisədən sonra ərinə dərhal zəng edib və Zelenski ona sakit, təmkinli cavab verib:

"Biz işləyirik. Hələlik”.

Yelena Zelenskaya ərini dözümlü və möhkəm bir insan kimi xarakterizə edib:

"Düşünmürəm ki, bu onun üçün asan və xoş idi. Bu, onun üçün emosional bir sınaq idi. Amma hər şey qaydasındadır”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->