Xəbər lenti

50 yaşlı DiKaprio ilk dəfə evlənməyə hazırlaşır
Maqazin 13:44 13.05.2025

50 yaşlı DiKaprio ilk dəfə evlənməyə hazırlaşır

50 yaşlı Hollivud aktyoru Leonardo DiKaprio evlənmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bunu "Heat World" nəşri mənbəyə istinadən məlumat yayıb. 

Məlumata görə, aktyor yaxın gələcəkdə 26 yaşlı model Vittoria Ceretti ilə nikah bağlaya bilər.

Məlumdur ki, Leo heç vaxt evlənməyib və subaylıq statusunu saxlayıb. O, heç vaxt bu statusdan imtina etmək niyyətini bəyan etməyib. Lakin mənbənin dediyinə görə, indi aktyorun ailə həyatı qurmaqla bağlı ciddi planları var.

"Leonardo DiKaprio Vittoria Ceretti ilə münasibətlərində son dərəcə ciddi çıxış edir və dostları yaxın gələcəkdə nişan mərasimi gözləyirlər. Onun üçün nəhayət Vittorianı gəlini kimi görmək çox vacibdir. Leo yaşlı subay kimi qalmaq istəmir və əgər yaxın vaxtda heç bir addım atmazsa, məhz belə olacaq. Leo Vittoria ilə evlənmək barədə çox düşünüb və bunu mümkün qədər tez etmək istəyir", deyə nəşrin mənbəsi bildirib.

Onun sözlərinə görə, Ceretti daha əvvəl aydın şəkildə qeyd edib ki, onun son məqsədi nikahdır və təklifi uzun illər gözləmək niyyətində deyil:

"Və ilk dəfə olaraq Leo da bunu istədiyini söylədi. Bu, insanları böyük şoka saldı, çünki o, həmişə belə vədlərdən yayınırdı".

Leonardo DiKaprio əvvəllər "Victoria's Secret" modeli Bricet Hall, modellər Naomi Kempbell, Helena Kristensen, Eva Herziqova, Blak Liveli, Miranda Kerr, Rihanna və Cici Hadid ilə görüşüb. O, həmçinin Kamila Morrone və Gisele Bündxen ilə münasibətlər qurub. Lakin bütün münasibətlər ayrılıqla bitib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->